Gürcüstanda zəlzələ baş verib

Yanvarın 9-da səhər saat 8:59-da Gürcüstanda daha bir zəlzələ qeydə alınıb.

Bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar paytaxt Tbilisidən 60 kilometr – aralıda Kaxeti bölgəsində, Qurcaani rayonu ərazisində qeydə alınıb.

Yeraltı təkanların gücü 3,9 bal olub.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Qeyd olunur ki, bu, son bir həftə ərzində Gürcüstan ərazisində qeydə alınan 4-cü zəlzələdir.

Yeraltı təkanların bundan əvvəlki gücü 3,5 baladək olub.

Share: