Həbsxana işçiləri Navalnıya “bomj”la incəliklə işgəncə verib…

Həbsxana işçiləri Navalnıya “bomj”la incəliklə işgəncə verib…

“Əlbəttə, insanı dəyənəklə budundan və dabanından vurmaq daha yaxşıdır, çox ağrılı olur və yaxşı işləyir…”

 

“Cərimə təcridxanası adamı sındırmırsa, o zaman başlanğıc olaraq onun kamerasına “bomj” atmaq olar…”

 

“Axı, Siz onu döymürsünüz, deməli, onun üçün təhlükə yoxdur. Onu döyməyə başlayanda,  köçürərik…”

 

Rusiya müxalifət lideri Aleksey Navalnının cərimə təcridxanasındakı kamerasına “bomj” (evsiz-red.) yerləşdirilib.

 

Moderator.az xəbər verir ki, bu barədə Navalnı bu gün “İnstagram”ında yazıb. Məlumatı “The New Times” nəşri yayıb.

 

“Əlbəttə, insanı dəyənəklə budundan və dabanından vurmaq daha yaxşıdır. Çox ağrılı olur və yaxşı işləyir. Mənim türməmdə kimsə nədənsə narazı olanda, adətən, belə də davranırıq.

 

Bəs döyməyə icazə verilməyənlərlə nə etməli? Yaxud, hələlik icazə verilməyənlərlə? Belə hallar üçün rus türməsi çoxsaylı variantlar icad edib.

 

Ən sadə variant adamı  cərimə təcridxanasında saxlamaqdır. Cərimə təcridxanası özü-özlüyündə adamı artıq “sındırmırsa”, o zaman başlanğıc üçün onun kamerasına “bomj” atmaq olar. Mənim başıma məhz bu gətirilib”, – müxalifətçi bölüşüb və dəqiqləşdirib ki, türmə jarqonunda “bomj”a “şeytan” deyilir.

 

Lakin Navalnı “bomj”u daha korrekt- “məişət gigiyenası ilə böyük problemləri olan məhkum” adlandırıb.

 

“Əgər sən kamerada yaşayırsansa, hansısa bir adam 24/7 gün uzadılan əl məsafəsindədirsə, siz ikiniz də 24/7 gün ayaqyolundan bir-iki metr məsafədəsinizsə, ayaqyolu isə döşəmədə olan deşikdən ibarətdirsə, gigiyenanın gözlənilməsinin mütləq prinsipial əhəmiyyəti var. 

 

Bu mənada problemi olan məhbus o məqamdaca həyatınızı dözülməz edəcək”, – siyasətçi deyib və əlavə edib ki, türmə qanunlarına görə, o, “necə alınarsa, bu oğlanı kameradan qovmalı-döyməli, yaxud təhdid etməlidir”.

 

Lakin Navalnı məhbusu döyməyə cəsarət etməyib, çünki türmə işçiləri də elə buna bel bağlayıb:

 

“Birincisi, bu, belədir, həmin andaca cinayət maddəsi qüvvəyə minir-hər yerdə videokameralar quraşdırılıb, təxribatın mahiyyəti bundadır”.

 

Müxalifətçi yuyunmayan məhbusu başqa kameraya köçürməyi xahiş edəndə, türmə əməkdaşları ona məlumat verib:

 

“Biz onu tibbi müayinədən keçirmişik, döyülmə əlamətləri yoxdur, Siz axı onu döymürsünüz, deməli, onun üçün təhlükə yoxdur. Onu döyməyə başlayanda, o zaman köçürərik”.

 

O zaman Navalnı natəmiz qonşusunu yenidən tərbiyələndirmək qərarına gəlib.

 

“Təhdidlər, qışqırıqlar və vicdanlı olmaq çağırşlarının kombinasiyası onu yuyunmağa və dişlərini təmizləməyə vadar edib. 

 

Ona yuyucu toz verdim və o, paltarını yudu. Biz indi əllərimizi gündə bir neçə dəfə sabunla yuyuruq. Və sairə. Və ilaxır. Özümü uşaqlar əvəzinə evsizlərin yaşadığı uşaq bağçasında tərbiyəçi kimi hiss edirəm.

 

Nə deyim? Pedaqogika asan elm deyil, amma keçərlidir”, – Navalnı bölüşüb.

Mənbə

Share: