Azərbaycandan Həcc ziyarətinə getmək üçün 150 adam müraciət edib.
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, sənədlərin qəbulu yanvarın 24-dən başlanılıb və mayın sonuna qədər davam edəcək.
QMİ-dən həmçinin bildirilib ki, bu il Həcc ziyarəti üçün kvotanın sayı 1500 nəfər təşkil edir. Ziyarətin qiyməti 4490 ABŞ dolları olacaq.