“1922-ci ildə Yer kürəsinin əhalisi 1, 9 milyard,1927-ci ildə 2 milyard, 2011-ci ildə 7 milyard təşkil edib. 2037-ci ildə 9 milyarda çatacaq…”
“Çində planet əhalisinin 17, 9 faizi (1, 43 milyard), Hindistanda 17, 8 faizi (1, 42 milyard) yaşayır…”
Bu gün, 15 noyabr 2022-ci ildə Yer kürəsinin əhalisi 8 milyard insana çatıb.
Moderator.az xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat verib. Məlumatı “Vesti.ru” nəşri yayıb.
Cəmi bir yüzillikdə planetimizin sakinlərinin sayı dörd dəfə artıb:
1922-ci ildə Yer kürəsinin əhalisi 1, 9 milyard, 1927-ci ildə 2 milyard, 2011-ci ildə 7 milyard təşkil edib.
Belə sürətli artım təbabətin inkişafı, sanitariya sahəsində nailiyyətlər, içməli suya çıxışın genişlənməsi, geniş peyvəndlənmə ilə izah edilir.
Hazırda əhalinin əsas payı Çin və Hindistana düşür.
BMT-nin dəyərləndirməsinə görə, Çində planet əhalisinin 17, 9 faizi (1, 43 milyard), Hindistanda 17, 8 faizi (1, 42 milyard) yaşayır.
Lakin artıq 2023-cü ildə Hindistan Çini geridə qoyacaq və ən sıx məskunlaşan ölkəyə çevriləcək. Gözlənilir ki, bu ölkənin əhalisinin artımı təxminən 2050-ci ilədək davam edəcək, Çin əhalisi isə azalmaqda doğru gedəcək.
BMT-nin proqnozlarına görə, bəşəriyyətin növbəti “artım nöqtəsi” 2037-ci ildə baş verəcək və planetin əhalisi 9 milyard təşkil edəcək.
Əhali artımı, əsasən, Afrika ölkələri hesabına olacaq. 2050-ci ildə yüksək doğum və aşağı ölüm səviyyəsi nəticəsində 54 Afrika ölkəsindən yarıdan çoxunda əhalinin sayı iki dəfə artacaq.
Bu dövrdə, ümumilikdə, əhali artımının yarıdan çoxu 8 ölkənin payına düşəcək: Konqo Demokratik Respublikası, Konqo, Misir, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Filippin və Tanzaniya.
60 il ərzində əhali 10, 4 milyarda çatacaq. Daha sonra 2080-ci ildə əhalinin sayı sabitləşəcək və obyektiv səbəblərdən azalmağa doğru gedəcək.
Hesabatda deyilir ki, 2022-2050-ci illərdə 60-dan çox ölkədə sakinlərin sayı “doğumun sabit aşağı səviyyəsi və bəzi hallarda mühacirətin yüksək səviyyəsi səbəbindən 1 və daha çox faiz azalacaq”.