Həftənin sayca 2-ci “Səyyar qəbul otağı” Sabirabad rayonunda təşkil olundu

SOCAR-ın “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası Sabirabad rayonunda keçirilib.

 

Qaraağac kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda cəmi 6 sakin qaz təchizatında üzləşdiyi problemi ünvanlayıb.

 

İlqar Bağırov, Nurlan Zalov və Gülzaman Xudiyeva fərdi yaşayış evlərinin qazlaşdırılmasında tələb edilən mülkiyyət sənədinin olmamasını bildiriblər. Digər müraciətlər isə debitor borcun hissə-hissə ödənilməsinə köməkliyin göstərilməsi ilə yanaşı, sayğaca müdaxilə halının araşdırılması ilə bağlı olub.

 

Salyan RQİİ-nin rəhbər şəxsləri ünvanlanan müraciətlərin qeydiyyatını aparıblar.

11903741190372

Mənbə

Share: