Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları

Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları

Həftəsonu Avropanın böyük liqalarında bir sıra maraqlı oyunlar keçiriləcək.

 

Ən diqqətçəkən qarşılaşma İngiltərə Premyer Liqasında baş tutacaq.

 

25-ci turda əzəli rəqiblər – “Mançester Yunayted” və “Liverpul” ikincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcək. Sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:30-da start götürəcək. Hazırda “qırmızı şeytanlar” 49 xalla 3-cüdür. Uğursuz mövsüm keçirən Mersisayd klubu isə 39 xalla 6-cı pillədə qərarlaşıb.

 

Premyer Liqanın lideri “Arsenal” bu gün meydana çıxacaq. London klubu öz meydanında “Bornmut”u sınağa çəkəcək. Çempionluq uğrunda mübarizə aparacaq “Mançester Siti” isə turun açılış oyununda Çempionlar Liqasına vəsiqə uğrunda yarışan “Nyukasl”ı sınağa çəkəcək.

 

İtaliya A Seriyasında çempionluğa oynayan “Milan” səfərdə “Fiorentina”nın qonağı olacaq. Qarşılaşmanın start fiti bu gün 23:45-də çalınacaq. Tur “Roma” – “Yuventus” qarşılaşması ilə əlamətdar olacaq. Sabah keçiriləcək matç Bakı vaxtı ilə 23:45-də start götürəcək.

 

İspaniya La Liqasının 24-cü turunda “Atletiko Madrid” doğma divarlar arasında “Sevilya”nı qəbul edəcək. Matç Bakı vaxtı ilə 5 mart 00:00-da başlayacaq. “Barselona” Valensiya”nı sınağa çəkəcək. Qarşılaşma sabah keçiriləcək və Bakı vaxtı ilə 19:15-də başlayacaq. “El-Klassiko”da “Barsa”ya yenilən Madrid “Real”ı isə “Betis”in qonağı olacaq. Bu görüş də martın 6-da oynanacaq və Bakı vaxtı ilə gecə 00:00-da başlayacaq.

 

Almaniya Bundesliqasında “Bayern” “Ştutqart”ın qonağı olacaq. Münhen klubu liderliyi “Borussiya”dan (Dortmund) geri qalmaq üçün səfərdə qələbə qazanmalıdır. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə 21:30-da başlayacaq.

 

Fransa Liqa 1-də şəriksiz lider PSJ “Nant”ı sınağa çəkəcək. Qarşılaşma bu gecə 00:00-da start götürəcək.

Böyük beşlikdə həftəsonunun maraqlı oyunları

4 mart

İngiltərə Premyer Liqası

16:30. “Mançester Siti” – “Nyukasl”
19:00. “Arsenal” – “Bornmut”

Almaniya Bundesliqası

21:30. “Ştutqart” – “Bavariya”

İtaliya A seriyası

23:45. “Fiorentina” – “Milan”

5 mart

İspaniya La Liqası

00:00. “Atletiko Madrid”  “Sevilya”

Fransa Liqa 1

00:00. PSJ – “Nant”

İspaniya La Liqası

19:15. “Barselona” – “Valensiya”

İngiltərə Premyer Liqası

20:30. “Liverpul” – “Mançester Yunayted”

İtaliya A Seriyası

23:45. “Roma” – “Yuventus”

6 mart

İspaniya La Liqası

00:00. “Real” – “Betis”

Mənbə

Share: