Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları

Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları keçiriləcək.

Oxu.Az xəbərinə görə,  İngiltərə Premyer Liqasında turun mərkəzi oyunu “Mançester Siti” və “Liverpul” arasında birincilərin meydanında keçiriləcək. Bu gün təşkil olunacaq matç Bakı vaxtı ilə saat 15:30-da start götürəcək. Lider “Arsenal” isə saat 18:00-da öz meydanında “Lids”i sınağa çəkəcək.

Almaniya Bundesliqasında çempionluğa əsas iddialılar – “Bavariya” və “Borussiya” münasibətlərinə aydınlıq gətirəcəklər. Bu gün Münhendə keçiriləcək görüş Bakı vaxtı ilə 20:30-da başlayacaq.

İtaliya A Seriyasında son çempion və hazırkı lider üz-üzə gələcəklər. Əla mövsüm keçirən “Napoli” sabah keçiriləcək oyunda “Milan”ın müqavimətini qırmağa çalışacaq. Matç Bakı vaxtı ilə 22:45-də başlayacaq.

İspaniya La Liqasında “Barselona” “Elçe” səfərinə yollanacaq, “Real” isə öz meydanında “Valyadolid”i sınağa çəkəcək.

Fransa Liqa 1-də turun mərkəzi oyunu PSJ və “Lion” arasında Parisdə keçiriləcək.

Türkiyə Super Liqasında bu həftə derbi var. “Fənərbağça” və “Beşiktaş” sabah birincilərin meydanında güclünü müəyyənləşdirməyə çalışacaqlar. Matç Bakı vaxtı ilə 21:30-da start götürəcək. Lider “Qalatasaray” isə bu gün “Adana Demirspor”u sınağa çəkəcək.

Həftəsonunun ən maraqlı oyunları

1 aprel

İngiltərə Premyer Liqası

15:30. “Mançester Siti” – “Liverpul”

18:00. “Arsenal” – “Lids”

20:30. “Çelsi” – “Aston Villa”

Almaniya Bundesliqası

20:30. ”Bavariya” – “Borussiya Dortmund”

İtaliya A Seriyası

20:00. “İnter” – “Fiorentina”

22:45. “Yuventus” – “Verona”

İspaniya La Liqası

23:00. “Elçe” – “Barselona”

Türkiyə Super Liqası

21:30. “Qalatasaray” – “Adana Demirspor”

2 aprel

İngiltərə Premyer Liqası

19:30. “Nyukasl” – “Mançester Yunayted”

Fransa Liqa 1

22:45. PSJ – “Lion”

İtaliya A Seriyası

22:45. “Napoli” – “Milan”

İspaniya La Liqası

18:15. “Real Madrid” – “Valyadolid”

23:00. “Atletiko Madrid” – “Betis”

Türkiyə Super Liqası

21:30. “Fənərbağça” – “Beşiktaş”  (oxu.az)

 

Share: