Həftəsonu qadağaların əsl səbəbi açıqlandı – RƏSMİ

“Ciddi sərtləşdirilmiş karantin tədbirləri ya davamlı, ya da aralıqlı tətbiq edilə bilər”.

Milletinsesi.az xəbər verir ki, bunu açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

O əlavə edib ki, davamlı karantin tədbirləri 2-3 ay və ya daha uzun müddətə davam edə bilər: “Əlbəttə ki, bunun özünün sosial, tibbi və iqtisadi fəsadları var. Aralıqlı karantin tədbirləri zamanı isə ölkə, şəhər və ya qəsəbə müəyyən müddətə, 3 həftəlik və ya 1 aylıq bağlanır. Sonradan yumşaldılma aparılır. Daha sonra vəziyyət yenidən qiymətləndirilir. Artım yenə olarsa, növbəti dəfə bir aylıq bağlanılır və yumşaldılır”.

Nabil Seyidov daha sonra bildirib ki, sərt tədbirlərin daha bir növü müvəqqəti qısa müddətli karantindir: “Bu, Azərbaycanda tətbiq olunan iki günlük, digər ölkələrdə isə tətbiq olunan üç-dörd günlük sərt karantin tədbirləridir. Burada məqsəd budur ki, yoluxma halları kəskin artmasın. Artım nisbətən olsa da, rəqəmlər pik həddə çatmasın.

Bütün tədqiqatlar göstərir ki, bu tip qadağalar kəskin yoluxma halının qarşısını almağa köməklik göstərir. Bu yolla reanimasiya və xəstəxana çarpayıları həddindən artıq dolmasın”.(BAKU.WS)

Share: