Həkimdən qripə yoluxanlara vacib MƏSLƏHƏT: “Bu dərmanlardan…”

Son günlər öskürək, qızdırma, başağrısı əlamətlərilə kəskin qrip infeksiyasının geniş yayıldığı müşahidə olunur. Xəstəliyə yoluxanlar budəfəki infeksiyanın daha təsirli olduğunu, sağalmaqda çətinlik çəkdioklərini vurğulayırlar.

Modern.az xəbər verir ki, həkim-anestezioloq Şahin Məmmədov qrip infeksiyası ilə bağlı xəstələrdən ona çoxlu suallar daxil odluğunu bildirib.

“Məsələn, deyirlər ki, doktor, mənim yaxınım “COVID”i çox ağır keçirmişdi, indi də qripə yoluxub. Narahatıq ki, ağırlaşar. Təcili nə edək?

Ya da kimsə hiss edir ki yoluxu və təcili sağalmaq istəyir”.

Həkimin sözlərinə bir çox hallarda əhali qripə yoluxanda təcili antibiotik iynə vurdurur, bu isə yanlış qərardır.

“Ya da mənasız pereparatları içməklə həm pul, həm də vaxt itirirlər”.

Ş.Məməmmədov deyib ki, qripi ağır keçirəcəyini prognozlaşdıran xəstələr ilk əlamətlərin əmələ gəldiyi gündən etibarən 2 gün içində antivirus dərman qəbul etməyə başlamalıdır.

“Effekti sübuta yetirilmiş və FDA tərəfindən təstiqlənmiş qrip əleyhinə antiviral pereparatlar aşağıdakılardır:
 

Oseltamivir (“Tamiflu”)

Zanamivir (“Relenza”)

Peramivir (“Rapivab”)

Baloksavir marboksil (“Xofluza”)
 

Qrip əleyhinə müasir tibbdə yuxarıdakılardan biri təyin olunur. Bakıda tapılan məncə tək “Tamiflu”dur. Əgər bu pereparata qarşı fərdi həssaslıq, əks göstəriş yoxdursa – həkiminizlə məsləhətləşdikdən sonra istifadə etmək olar”, – deyə həkim vurğulayıb.
 

Ş.Məmmədovun sözlərinə görə, “Tamiflu” vaxtında başlanıldıqda (1 tab x 2 dəfə 5 gün) qripin simptomlarını azaldır, davametmə müddətini qısaldır, ağırlaşma ehtimalını xeyli aşağı salır.

“Bu pereparat hətta sonrakı günlər də başlanıldıqda müsbət effekt verir.

Əlbəttə ağırlaşmağa meyilli xəstələr hər il vaxtında qrip əleyhinə vaksinasiya olunsalar, daha yaxşıdır” – həkim qeyd edib.

O bildirib ki, bəzi adamlar bu dəfə yaılan xəstəliyi “COVID-19”la eyniləşdirir: “Ancaq bu yaıyalan qripdir, sadəcə ağır keçir”.
 

Həkimin sözlərinə görə, bəzən qrip-soyuqdəymə əlamətləri olan şəxslər yanlış üsullarıla özünümüalicə ilə məşğul olurlar.

“Məsələn, saunaya gedirlər. Bu yanlışdır. Həm oradakı digər insanlara virusu yayırsız, həm də su itirməklə sağalmanı gecikdirirsiz. Saunanın ümumi soyuqdəymə əlamətlərini azaltması, sağalma müddətini tezləşdirməsi heç bir tədqiqatda sübuta yetirilməyib”.

Ş.Məmmədov soğan-sarımsaq istifadəsinin də qripə güclü təsir göstərmədiyini vurğulayıb:

“Bunlar faydalı qidalardır, amma onlara güvənib qripi ağır keçirəcəyi prognozlaşdırılan insanların düzgün qabaqlayıcı tədbirlərini gecikdirmək olmaz. Çünkü virus əleyhinə heç bir təsiri yoxdur. Qrip vaxtı sogan-sarımsaq yeməyin əhəmiyyəti ondan ibarətdir ki, siz camaatdan uzaq gəzirsiz, ya camaat sizdən uzaq gəzir, yoluxma azalır”.

Həkim qripə yoluxanların araqla müalicəsini də səhv üsul adlandırıb:

“Geniş yayılmış mifdir. Qrip virusu təkcə ağızda, boğazda deyil ki onu dezinfeksiya edə biləsiz. Həm də 40 faizli spirt nəinki onu, heç nəyi öldürmür. Əksinə sidikqovucudur, su itkisi verir, sağalmanı gecikdirir.

Spirtli içkilər qaraciyərdə zülal sintezini tormozlayır- bu da immunitetə böyük zərbədir.

İçməyə bəhanə axtarırsızsa o başqa.

Amma bilin ki ondan ümumiyyətə insana ancaq zərər gələ bilər”.

Mənbə

Share: