Fransanın Reyms şəhərində həkimlər kişinin başından arbalet oxu çıxarıb.
Kişi sevgilisi ilə mübahisə etdikdən sonra özünü çənə hissəsindən arbaletlə vurub.
Ox onun ağız boşluğundan keçərək başında ilişib qalıb.
Xəstəxanaya ağır vəziyyətdə gətirilən şəxs əməliyyat nəticəsində ölümdən xilas edilib. O, reanimasiyada 48 saat keçirdikdən sonra, psixiatriya şöbəsinə yerləşdirilib. (Trend)