
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşlə bağlı hələlik konkret razılaşma əldə olunmayıb, hazırlıq işləri gedir.
Millətin Səsi.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Amerikadakı səfiri Alelsandr Darçıyev məlumat verib.
O, Rusiya və Amerika tərəflərinin liderlər arasında görüşün keçirilməsi imkanını müzakirə edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib: “Görünür, konkret razılaşmalar olmasa da, hazırlıq işləri gedir”.
Çərşənbə günü Rusiya səfirinin Trampa etimadnaməsini təqdim edərkən iki prezident arasında görüş məsələsinin qaldırılıb-qaldırılmaması ilə bağlı suala Darçiyev belə cavab verib: “Xeyr. Bunu qaldırmaq mümkün deyildi. Bu, protokol hadisəsi idi”.
Diplomat Rusiyanın ABŞ-dakı səfirliyində Rusiya Günü münasibətilə keçirilən qəbulda jurnalistlərin suallarını cavablandırıb.
Bundan əvvəl o, etimadnaməsini Trampa təhvil verib. Darçiev Trampı Rusiya səfirliyinin iki ölkə arasında münasibətləri normal vəziyyətə gətirmək üçün hər şeyi etmək niyyətinə inandırıb.
“ABŞ prezidenti etimadnamələrimin əslini qəbul etmək və Rusiya Günü ərəfəsində mənimlə şəxsən görüşmək üçün dolu cədvəlində pəncərə tapıb”, – diplomat bildirib. “Rusiya səfiri kimi prezident Trampla danışmaq mənim üçün böyük şərəf idi və onu əmin etdim ki, mən və mənim rəhbərliyim altında olan səfirlik Rusiya-Amerika münasibətlərini bərpa etmək, normallığa və sağlam düşüncəyə qaytarmaq üçün hər şeyi edəcəyik”, – Darçiyev vurğulayıb.
O qeyd edib ki, Moskva ilə Vaşinqton arasında əməkdaşlığın yaxşılaşdırılması “etimadnamələrin əsli təqdim edildikdən sonra asanlaşacaq”.