“Real”ın futbolçusunun tibbi yardıma ehtiyacı olub. Çətinliklə ayağa qalxan oyunçu Madrid klubunun əməkdaşlarının yardımı ilə meydanı tərk edib.
Jurnalisti Xose Luis Sançezin daha sonra “Twitter”də verdiyi məlumata görə, Rüdigerin alnına 20 tikiş qoyulub.
Qeyd edək ki, Rüdigerin qolu “Real”a hesabı bərabərləşdirməyə kömək edib. Görüş 1:1 hesabı ilə başa çatıb. “Real” 10 xalla F qrupunda liderliyini davam etdirir. “Şaxtyor” 5 xalla üçüncüdür.
Mənbə: Gazeta.ru