“Həmkarlar İttifaqında” aclıq başlayıb

“Həmkarlar İttifaqında” aclıq başlayıb

Doğrudanda bizim cəmiyyətə yaxşılıq və şəffaflıq yaramır. APA tv-nin Həmkarlar İttifaqının yeni rəhbərliyinin ünvanına səsləndirdiyi iddalar yersizdir; guya ki “pyutovkalar” altan-altdan satılır. Bu haqda adı çəkilən mətbu orqanına adının çəkilməsini istəməyən vətəndaşlar məlumat verib. Həmin məlumatın yalan olduğunu faktlarla və adlarla sübut edirəm. Özümün və orda tanış olduğum Aydın, Əli, Cavid, Qazaxıstandan olan Qurban və digərlərinin vasitəsi ilə..

Mən on gün əvvəl “Şıx” sanatoriyasında oldum. Ezamiyyət vərəqəsinin alınması prosesindən müalicəm qurtarana qədər yaradılan şəraitin qüsursuz və ideal olduğunu hər bir nəfərin diqqətinə çatdırmaq istəyirəm. Bütün işlər onlayn və nağdsız şəkildə aparılır. Otaqlar təmiz və şəraitli, qidaları dadlı, müalicəsi də keyfiyyətli.. Bir az “pyutofka” alanda telefon nömrələrinə gec düşürsən, o da anlaşılandır. Çünki xidmətdən istifadə etmək istəyənlərin sayı çoxdur.

Həmkarlar ittifaqının yaratdığı sistem əslində “ezamiyyət vərəqəsini satanların “çörəyini” kəsib, sata bilmirlər. İşçilər üçün aclığdı. Əmək haqqından əlavə bir manat da “qazana” bilmirlər.

14 günlük ezamiyyət vərəqəsi üçün Həmkarlar ittifaqının bank hesabına 315 manat ödədim. Buna daxil idi: tək otaq, limitsiz qidalanma, 45 adda müxtəlif müalicə.. Hal-hazırda da ödənişli müalicə alıram. Bu gün “Şıx” sanatoriyasının qeydiyyat bölməsində üçgünlük müalicə üçün 78 manatı da terminal vasitəsi ilə ödədim.

Həkimlərdən Firuzə doktor, Könül həkim, Tələt həkim, Heydərəli müllimə dərin dərin təşəkkürümü bildirirəm. Sanatoriyanın qəbulunda Əzizə xanım və yanındakılar gələn qonaqları gülər üzlə qarşılayıb, yüksək xidmət göstərirlər.

Səttar Mehbalıyevin vaxtında da Pyutovka alırdım. Ona buna xahiş, minnətlə, ikiqat qiymətinə.. İmkan verin yaşaq da.. Gərək Lətifkimilərə yalvaraq!!

Millətin Səsi.az

Share: