Həmsədrlər yalnız bu missiyanı yerinə yetirə bilər

Diqqətimizi bir məqama yönəldək: Azərbaycan Prezidenti İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində bildirdi ki, Minsk Qrupunun Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əldə olunması üçün öz səylərini göstərmək imkanı var. Məncə, bu, Minsk Qrupuna indiyəqədərki yarıtmaz fəaliyyətini düzəltmək üçün verilən fürsətdir.

Bu sözləri Axar.az-a politoloq Tofiq Abbasov deyib.
güvenilir casino siteleri
Politoloqun sözlərinə görə, bunun üçün ilk növbədə Minsk Qrupu Ermənistan rəhbərliyinə müharibənin nəticələrini qəbul etmək məcburiyyətində olduğunu başa salmalıdır:

“Müharibədə qalib gələn tərəf bütün oyun qaydalarını müəyyən edir, məğlub olan tərəf isə dinləyib, razılaşır. Ermənistan 30 ilə yaxın idi ki, özünü qalib kimi aparırdı. Azərbaycanın sülh təkliflərinə razılıq vermirdi. İndi isə Ermənistan darmadağın edildikdən sonra bir qədər sülhə meyil göstərir və danışıqlara “ehtiyac olduğunu” bildirir. Amma Azərbaycan Prezidenti “France 24” televiziya kanalına müsahibəsində Minsk Qrupunun danışıqlar üçün mövzusunu elan etdi.

Əlbəttə, sülh sazişinə ehtiyac var. Sülh sazişi əldə olunsa, deməli, delimitasiya, demarkasiya məsələləri də öz həllini tapacaq. Sərhədlər müəyyənləşəcək və bununla da faktiki olaraq Ermənistan regionun inkişafında oynadığı əyləc funksiyasından əl çəkmiş olacaq”.

Share: