Qoz bütün dünyada ən faydalı və qiymətli qida məhsulu sayılır.
Müalicəvi və profilaktik xüsusiyyətlərinə görə qoz bütün digər çərəzlər arasında əsl çempiondur.
Saglamolun.az bildirir ki, qida mütəxəssisləri hər gün 4 qoz ləpəsi yeməyi tövsiyə edirlər. Bunun insan sağlamlığına saysız-hesabsız faydaları vardır:
– Ürək və damarı xəstəliklərdən qoruyur.
– Qanda xolesterinin səviyyəsini aşağı salır.
– İnsult və infarktın riskini azaldır.
– Şəkərli diabetin riskini azaldır.
– Metabolik sindromunun profilaktikasıdır.
– Beyinin fəaliyyətini yaxşılaşdırır.
– İnsanın əhvalını yaxşılaşdırır.
– Təzyiqi tənzimləyir.
– Güclü antioksidant xüsusiyyətlərinə görə orqanizmi hüceyrə səviyyəsində qoruyur.
– Tərkibində olan L-arginin maddəsi sayəsində damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.
– Orqanizmdə iltihabları azaldır.
– Artritin riskini azaldır.
– Süd vəzi xərçənginin riskini azaldır.
– Prostat vəzi xərçənginin riskini azaldır.
– Kişilərdə potensiyanı yaxşılaşdırır.
– Yaddaşı yaxşılaşdırır.
– Beyinin erkən qocalmasının qarşısını alır.
– Yodla zəngin olduğundan qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təzir edir.
– Sümüklərin sağlamlığına müsbət təzir edir.
– Arıqlamağa kömək edir.