Hərbçilər sərhədçilərlə əvəzlənsə, eskalasiya ehtimalı azalar

“Azərbaycanla sərhəddə hərbçilərin sərhədçilərlə əvəzlənməsi yeni eskalasiya ehtimalını azaltmağa imkan verəcək”.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Şimali makedoniyalı həmkarı, ATƏT sədri Buyar Osmani ilə İrəvanda keçirdiyi birgə mətbuat konfransında qeyd edib.

 

 

O əlavə edib ki, artıq bəzi ərazilərdə sərhədçilər xidmət göstərir.

 

“Təcrübə göstərir ki, orada toqquşma ehtimalı ordu hissələrinin yerləşdiyi seqmentlərlə müqayisədə daha azdır”, – Mirzoyan vurğulayıb.

Mənbə

Share: