Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən Saber Junction-19 çoxmillətli briqada taktiki təliminin növbəti mərhələsində iştirakçılar qərargahların ərazidə açılması və fəaliyyətlərinin təşkili, eləcə də hərbi qərar qəbuletmə prosesinə başlayıblar.
Bu barədə Milletinsesi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimdə iştirak edən Azərbaycanın hərbi qulluqçuları müxtəlif relyefli ərazilərdən keçməklə qarşıya çıxan maneələrin və şərti düşmənin təxribat fəaliyyətlərinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetiriblər.