Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların nəşinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinəsi başa çatıb.
Millətin Səsi.az xəbər verir ki, cənazələr morqdan qaldırılıb.
Cənazələr vida mərasimin keçirilməsi üçün DSX-nin “Sərhədçi” İdman Kompleksinə aparılır. Mərasim bir qədər sonra başlayacaq.
Daha sonra cənazələr dəfn olunmaq üçün hərbi qulluqçuların ailələrinə təhvil veriləcək.