Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri Pakistan İslam Respublikasının Kəraçi şəhərində və Ərəb Dənizi sektorunda keçirilən AMAN-21 çoxmillətli Hərbi Dəniz Qüvvələri təlimində müşahidəçi qismində iştirak edirlər.
Bu barədə Milletinsesi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
30-dan çox ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər fevralın 16-dək davam edəcək.