Hərbi qulluqçumuz Çində mükafatlandırıldı – FOTOLAR

Çin Xalq Respublikasında keçirilən “Çinin modernləşdirilməsi üzrə Beynəlxalq Dialoq”da Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Təhsil aldığı beynəlxalq tədris müəssisəsində sosial fəaliyyətlərdə fərqləndiyinə görə tədbirə dəvət edilən polkovnik-leytenant Elxan Fərzəliyev beynəlxalq dialoqda Azərbaycan-Çin münasibətləri və pilotsuz uçuş aparatlarına dair mövzular üzrə çıxış edib. 

 

36 ölkədən 55 tələbənin iştirak etdiyi dialoqda çıxışı yüksək qiymətləndirilən hərbi qulluqçumuz fəxri fərmanla mükafatlandırılıb.

Mənbə

Share: