Hərbi tibb sahəsində əməkdaşlıq müzakirə olundu 

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin Tibb Təminatı İdarəsinin rəisi tibb xidməti polkovniki Nosirjon Fozilovun rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.

Bu barədə Millətin Səsi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firudin Nəbiyev onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. General-mayor F.Nəbiyev nümayəndə heyətinə Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, Vətən müharibəsi zamanı hərbi tibbi personalının səhra şəraitində və ekstremal vəziyyətlərdə fəaliyyəti barədə məlumat verib.

Görüşdə tərəflər hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Sonra özbəkistanlı qonaqlar Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi ilə tanış olub, hərbi tibb sahəsində xidmət edən həkimlərin fəaliyyətlərini izləyiblər

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Mənbə

Share: