“Hətta indiki beynəlxalq şəraitdə Ukraynaya dəstək üzrə vahid dəstəyimiz dəyişməz qalacaq”

“Hətta indiki beynəlxalq şəraitdə Ukraynaya dəstək üzrə vahid dəstəyimiz dəyişməz qalacaq”

“Biz Ukraynaya dəstək ehtiyatımızı tükəndirsək, Putin bundan amansızcasına istifadə edəcək, bu isə Ukrayna xalqı və Avropa üçün dəhşətli nəticələr törədəcək…”

 

Sammit iştirskçıları G7-nin Kiyevə yardımı davam etdirəcətini təsdiq edib

 

“Yeddilər qrupu” ölkələri xarici işlər nazirlərinin noyabrın 8-də Tokioda keçirilən sammitində Ukraynada vəziyyətə həsr edilən xüsusi iclası keçirilib.

 

Moderator.az xəbər verir ki, bu barədə Yaponiya XİN məlumat verib. Məlumatı “gordonia.com” nəşri yayıb.

 

Yaponiya xarici işlər naziri Yeko Kakimava bəyan edib ki, G7 nümayəndələri “hətta Yaxın Şərqdə artan gərginlik şəraitində də Ukraynaya dəstəyə sadiq qalacağımızın dəyişməz olduğu barədə dəqiq siqnal” göndərmək istəyib.

 

Onun sözlərinə görə, Yaponiya Ukraynada müharibə törətmiş Rusiyaya qarşı sanksiyalar üzərində işləməkdə davam edəcək.

 

“Müzakirələr nəticəsində nazirlər bu nəticəyə gəlib ki, hətta indiki beynəlxalq şəraitdə Rusiyaya qarşı sərt sanksiyalar və Ukranaya qətiyyətli dəstək üzrə vahid mövqeyimiz dəyişməz qalacaq.

 

Dövlət və özəl sektorlar orta və uzunmüddətli bərpa və rekonstruksiya üzrə səylərin gücləndirilməsi üzərində birgə işləməlidir, sülh düsturunun işlənib hazırlanması prosesi beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilməlidir”, -XİN məlumatında deyilir.

 

Kontekst

 

Tokioda “Yeddilər qrupu” ölkələri XİN rəhbərlərinin sammitində Ukraynanın əsas mövzulardan birinin olacağı barərə bu günlər Almaniya XİN rəhbəri Annalena Berbok bəyan edib. 

 

“Burada stavkalar təkcə

Avropada bizim üçün deyil, həm də bütövlükdə G7 üçün inanılmaz dərcədə yüksəkdir. Əgər biz Ukraynaya dəstək ehtyatımızı tükəndirsək, Putin bundan amansızcasına istifadə edəcək, bu isə Ukrayna xalqı və Avropa üçün dəhşətli nəticələr törədəcək”, – o, deyib.

 

G7 qrupuna Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Yaponiya, Kanada və ABŞ daxildir, Avropa İttifaqı nümayəndələri də həmçinin qrupun iclaslarında iştirak edir.

Mənbə

Share: