
ABŞ-də yaşayan aparıcı Günel Musəvi həyat yoldaşı ilə bağlı ünvanlanan suala əsəbiləşib.
Axşam.az xəbər verir ki, izləyicilərindən biri ona “Deyirlər, ərin hindistandandır, doğrudur” sualını ünvanlayıb.
Günel “Deyirlər, başqalarının şəxsi həyatına hörmət edən insanlar daha xoşbəxt olurlar. Mənim həyat yoldaşım hindistanlı deyil. Sadəcə, bir tərəfi Hindistandandır. Amma bildiyiniz amerikalı kişidir.
Bu məxluqun yazdıqlarını paylaşdım. Azmış kimi götürüb yazıb ki, hindistanlılar iyrəncdi. Sizin kimi insanlar iyrəncdir, dünyanı zibilləyir. Özünüzlə məşğul olun” deyə, ona cavab verib.
Qeyd edək ki, keçmiş aparıcı ABŞ-də ikinci dəfə Endi Krişnan adlı bəylə ailə qurub. Günelin bir qız, bir oğul övladı var. O, ailə qurduqdan sonra soyadını Krişna olaraq dəyişib.