Həyat yoldaşının ölümü kişilərə daha pis təsir edir

Həyat yoldaşının ölümü kişilərə daha pis təsir edir

Həyat yoldaşının ölümü qadınlarla müqayisədə kişilərə daha pis təsir edir.

 

Modern.az xəbər verir ki, bu barədə “Naked Science” nəşri yazır.

 

Nəşr qeyd edir ki, Kopenhagen Universitetinin alimləri 925 min yaşlı insanı əhatə edən altı illik tədqiqat aparıb və belə qənaətə gəlib. Alimlər bildirir ki, kişilərin sevdiyi birini itirməsindən sonrakı bir il ərzində ölmə ehtimalı da yüksəkdir. Bunun səbəbi ailədəki gender rolları və qadınların psixoloji cəhətdən daha stabil olması ola bilər.

 

Araşdırma zamanı məlum olub ki, 65-69 yaşlı kişilərin həyat yoldaşını itirməsindən sonrakı bir il ərzində ölmək şansı onların dul olmayan həmyaşıdları ilə müqayisədə 70% daha çoxdur. Qadınlarda bu göstərici 27% təşkil edir.

Mənbə

Share: