Həyata marağın itməsi adətən depressiyanın əlamətlərindən biri sayılır.
Lakin araşdırmalar göstərir ki, depressiya diaqnozu qoyulan insanların 8-14%-i əslində qalxanvari vəzi xəstəliyi olan hipoteriozdan əziyyət çəkir.
Qalxanvari vəzinin hormonları insan orqanizmində bir çox müxtəlif proseslərdə iştirak edir. Bu hormonlar həmçinin sinir sisteminin fəaliyyətinə də təsir edir. Qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi özünü yuxululuq, halsızlıq, əhval-ruhiyyənin daim pis olması, ruh düşkünlüyü, həyata marağın itməsi kimi simptomlarla büruzə verir. Bu simptomlar depressiyanın simptomlarına bənzəyir və nəticədə bəzi insanlara səhv diaqnoz qoyulur.