Hacı Şahin: “Ramazan ayında toy etmək olar” – Video

Hacı Şahin: “Bəzən dinə ləkə gətirən hədislər də olur”

“Ramazan ayında toy etməyi dinizim qadağan etmir. Amma iftardan sonra yemək verilməlidir”. Bunu Bizimyol.info saytına videomüsahibəsində ilahkiyyatçı Hacı Şahin deyib. O bildirir ki, Ramazan ayında iftara qədər yemək verilməsi düzgün olmadığına görə, indsanlar adətən bu ayda toy etməyi münasib hesab etmirlər.

“Burada şəriətin bir qadağası yoxdur. Sadəcə sübh azanından axşam azanına qədər yemək verilıməsi məqbul hesab edilmir. Toylar da adətən axşam saat 6-da başlayır. Ona görə də, insanlar bu ayda toy etməyi münasib görmür”.

İlahiyyatçı deyir ki, İslamı öyrənməyin ən əsas mənbəsi Qurami-Kərimdir. Hədislərə gəlincə, o bildirir ki, səhih olmayan da hədislər var. “Hədislərin hansının mötəbər olub-olmamasını mütəxəssislər araşdırıb qərar verməlidir. Amma bu, əsas vermir ki, hədisləri qəti şəkildə inkar edək. Çünki hədislər olmadan dini hökmlər tam kamil çatdırıla bilməz. Çünki Qurani-Kərim ümumi hökmləri bəyan edir, hədislər isə xıradlııqları izah edir. Məsələn, Quran “Namaz qılın” deyirsə, namazın qılınma qaydasını peyğəmbər izah edir”.

Sələmin və kreditin haram olduğunu deyən Hacı Şahin vurğulayır ki, yalnız şəriklik şəklində bankdan kredit göterməyə icazə var.

Share: