Hacıqabul-Ələt yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Ələt istiqamətində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, işlər sentyabrın 30-na qədər davam edəcək. Bu müddət ərazində hərəkət hissə-hissə işlər aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

“Bu üzdən sürücülərdən magistral yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, – deyə Agentlikdən bildirilb.

Share: