![](https://milletinsesi.az/wp-content/uploads/2019/09/5d7f2d676f58a_15686156712471827215_1000x669.jpg)
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padar kəndi ərazisində qeydə alınıb .
“KamAZ” və iki “Mercedes” markalı yük avtomobilinin toqquşması nəticəsində üç nəfər ağır xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onlardan biri – Bakı şəhər sakini Əyyub Atakişiyev xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır. (AZƏRTAC)