Dekabrın 25-də Hacıqabul rayonunda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Milletinsesi.az-a verilən xəbərə görə, ikin məlumatlara əsasən zəlzələ yerli vaxtla saat 10:49-da Qobustan stansiyasından 36 km cənub-qərbdə Hacıqabul ərazisində qeydə alınıb. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 5 km olub.
Zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, dekabrın 24-də Hacıqabulda iki zəlzələ olub.