Hadisə 250 min avronu faizi ilə ödəyəcək

Türkiyənin məhşur müğənnisi Hadisə Açıkgöz  250 min avroluq cəriməni yüksək faizlə ödəyəcək.

Millətin Səsi.az xəbər verir ki, müğənni bir müddətdir əməkdaşlıq etdiyi “Trendyol” brendi ilə “müqaviləni pozduğu” iddiası ilə açdığı iddianı ikinci dəfə uduzub.

İstanbul Məhkəməsində açılan iddiaya görə, 15 fevral 2012-ci ildə “DSM Group” ilə Hadisə arasında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, tərəflərdən biri müqaviləni pozarsa, digər tərəf 250 min avro cərimə ödəyəcək. Müqaviləyə əsasən, Hadisə DSM məhsul və xidmətlərini tanıtacaq və moda çəkilişlərində iştirak edəcək. Məşhur müğənni 28 fevral 2013-cü il tarixinədək moda və elektron ticarət sektorunda fəaliyyət göstərən hər hansı başqa şirkət, qurum, kommersiya müəssisəsi və ya brendə məxsus məhsul və xidmətlərin reklam-təşviqat və digər fəaliyyətlərində iştirak etməməliydi. Ancaq iddialara görə, Hadisə stilist bacısı Dərya Açıkgözün hazırladığı rəqib şirkətlərə məxsus paltarları geyinib və bu paltarları reklam edib. “DSM Qrup” bundan  sonra xəbərdarlıq məktubu göndərərək müqaviləni ləğv edib  və  250 min Avroluq cərimə ödənişi üçün məhkəməyə müraciət edib. Məhkəmə şirkətin iddiasını təmin edib.

 

Share: