Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Macarıstana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
O, macarıstanlı həmkarı Peter Siyarto ilə görüşəcək.
Görüş zamanı Türkiyə – Avropa İttifaqı əlaqələri kimi məsələlərin müzakirə edilməsi planlaşdırılır.