Hakim partiya yenidən qalib gəldi 

Paraqvayda dünən, aprelin 30-da keçirilən prezident seçkilərində səslərin 80%-i hesablanıb 

 

Modern.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yerli mətbuata istinadən məlumat yayıb.

 

Bildirilir ki, seçkilərdə ölkənin hakim Kolorado partiyasının namizədi Santyaqo Penya qalib gəlib,

 

İlkin məlumata görə, Santyaqo Penya səslərin 43,61%-ni qazanıb. Onun əsas rəqibi Efrain Aleqre 27,62% səs toplayıb. Seçkilərdə qələbə qazanmaq üçün nisbi səs çoxluğu tələb edilir, yəni səslərin ən çoxunu qazanan namizəd prezident seçilir. Yeni prezident avqustun 15-də vəzifəsinin icrasına başlayacaq.

 

Santyaqo Penya özünü seçkinin qalibi elan edib. “Bizə güvənən Paraqvaylılara təşəkkür edirəm”, – o çıxışı zamanı deyib. Ölkənin hazırkı prezidenti Mario Abdo Benites Santyaqo Penyanı qələbə münasibətilə təbrik edib. “Səsvermədə fəal iştirakına görə Paraqvay xalqını və seçilmiş prezident Santyaqo Penyanı təbrik edirəm. Biz birlikdə institutlarımızı və demokratiyamızı gücləndirəcək hakimiyyətin şəffaf və nizamlı şəkildə ötürülməsi istiqamətində işləməyə başlayacağıq”.

 

Bundan əvvəl Santyaqo Penyo Paraqvay Mərkəzi Bankının direktorlar şurasının üzvü olub və ölkənin maliyyə naziri vəzifəsində çalışıb.

Mənbə

Share: