Haland Bundesliqanın tarixinə düşdü

Dortmund “Borussiya”sının yeni transferi Erlinq Haland rekorda imza atıb. 

Qol.az xəbər verir ki, 19 yaşlı hücumçunun rekordu Bundesliqada 19-cu turunda “Köln”ə 5:1 hesabı ilə qalib gəldikləri oyunda qeydə alınıb.

Debüt matçında “Auqsburq”a 3 qol vuran norveçli futbolçu, “Köln”lə matçda dubl edib. Bununla da o, Bundesliqa tarixində ilk 2 oyununda 5 qol vuran ilk futbolçu olub. O, iki oyunda 57 dəqiqə meydanda olub.

Qeyd edək ki, Haland yanvarda “Zalsburq”dan 20 milyon avro qarşılığında “Borussiya”ya keçib.

Share: