HAMAS Təl-Əvivi atəşə tutub

HAMAS Təl-Əvivi atəşə tutub

HAMAS hərəkatının silahlı qanadı – İzzəddin əl-Qəssam Briqadası Təl-Əvivin növbəti dəfə atəşə tutulduğunu elan edib.

Bu barədə qrupun “Telegram” kanalında məlumat yayılıb.

Son iki saat ərzində bu, İzzəddin əl-Qəssam Briqadalarından şəhərə hücumlarla bağlı ikinci mesajdır.

Atışmanın nəticələri barədə məlumat verilmir.

Öz növbəsində, İsrail ordusunun mətbuat xidməti Təl-Əviv ərazisində və İsrailin mərkəzi hissəsində səslənən hava hücumu siqnalları barədə məlumat verib.

Mənbə

Share: