“O, hamilə qadının gözəl və füsunkar olduğunu bütün dünyaya sübut edib…”
“Müasir gələcək analar cəsarətli, cazibəli və dəblə geyinir…”
Kim deyir ki, hamiləlik formasız geyim və qadını hava şarı ilə Karlsonun hibridinə çevirən böyük kaftanlarla (uzunətəkli qədim kəndli paltarı-red.) bağlıdır? Müasir gələcək analar bədən quruluşunun və həcminin dəyişilməsinə rəğmən, cəsarətli, cazibəli və dəblə geyinir.
Hamiləlik yuxuya gedib dəbdə olan mənzərələrə baxmaqdan vaz keçmək üçün bəhanə deyil.
Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.
Bu yaxınlarda oğul dünyaya gətirən Rianna “hamiləlik dəbi”ni alt-üst edərək, hamilə qadının stereotip förmasız geyimlərdən imtina edərək, nə qədər qeyri-adi və qəşəng təsir bağışlaya biləcəyini göstərib. Özünü yaxşı hiss etməyə və özünə sadiq olmağa vadar edən geyimi seçmək gərəkdir.
Gəlin, bütün zamanların məftunedici məşhur hamilə qadınlarının bəzilərinin ən gözəl dəbli obrazları ilə tanış olaq.
Demi Mur
Deyə bilərsiniz ki, “Demi Mur burada tamamilə geyimsizdir, hansı dəbli obrazdan söhbət gedə bilər ki?” və haradasa haqlı olacaqsınız.
Lakin biz məşhur hamilə qadınların siyahısını məhz 31 il öncə bütövlükdə dəb industriyasında silinməz izlər buraxan aktrisa ilə başlamaq istəyirik.
Sonradan özünün 2019-cu ildə dərc etdiyi “Tapmaca” adlı xatirələrində çılpaq çəkilmək qərarından yazıb. Onun sözlərinə görə, o, dünyaya “hamilə qadının gözəl və füsunkar ola biləcəyini” göstərməyə ümid edib.
Məhz o, buna Enni Leybovitsin çəkdiyi və 1991-ci ilin “Vanity Fair”in avqust sayının üz qabığını bəzəyən rəsmi ilə nail ola bilib.
Ancelina Coli
Modelyer Maks Azria 2008-ci ilin mayında Kann festivalında Ancelina Colinin heyrət doğuran gözəl hamilə obrazının müəllifi olub.
Yaşıl-zeytun rəng çalarının aktrisanın gözlərinin rəngini ideal olaraq tamamlaması öz yerində, ampir üslubunda olan donu aktrisanın bədən fiququnu göstərib, V-şəkilli kəsik isə əlavə cazibə gətirib.
Rozi Hantinqton-Uaytli
Aktyor Ceyson Stethemə iki övlad bəxş edən supermodel və selfi kraliçası əmindir ki, müqəddəs hamiləliklə zəriflik bir yanadır. Hər iki hamıləlik boyunca məşhur qadın rahat və qəşəng kostyumlar, sıx donlar, dəri gödəkçələr və qısa dublyonkalar geyinib.
Rozi geyim dəstlərində bej-şokolad qammasına üstünlük verib və möhtəşəm görünüb.
Enn Heteuey
2016-cı ildə “Vanity Fair Oscars” gecəsində “Oskar” sahibi üçün “ən parlaq” adı azlıq edər. Orada o, Naeem Khan brendindən olan qara-qızılı şedevr görkəmdə peyda olaraq bütün dünyaya sübut edib ki, hamiləlik heç də cansıxıcı və ya nəzərəçarpmayan olmaq demək deyil.
Bleyk Layvli
Bleyk Layvli geyimi ilə hamiləliyi nümayış etdirmək baxımından əsl dahidir. 2014-cü ildə “Angel Ball”da ilk dəfə təntənəli hamilə görkəmində çıxan aktrisa “Gucci”-dən dərin kəsiyi olan geyimdə olub. 2016-cı ildə ikinci hamiləliyi zamanı o, Kann kinofestivalına “Atelier Versace”dən parlaq-göy obrazda yollanıb.
2019-cu ildə Bleyk məlumat verib ki, “Pokemon. Pikaçu detektivi” filminin premyerasında üçüncü uşağa hamilədir, öz böyüyən qarnını “Retrofete”dən sarı donla əzizləyib. Dördüncü dəfə həmin ilin sentyabr ayında “Forbes Power” qadın sammitində qırmızı dorojkada aktrisa “Valentino”dan olan mini-donda, dikdaban ayaqqabıda və sırğa-üzükdə sözün həqiqi mənasında parlayıb.
Rianna
Böyük qarnı ilə inanılmaz paltarlar geyinən və bu zaman təbii görünən Riannanın buna necə müvəffəq olduğu hətta dəbli ekspertlər üçün də əsl sirr olaraq qalır. Bunu yalnız müğənninin özü bilir. Amma hamilə qadınlar onun cəsarətli çıxışlarını qısa topiklər, sıx parlaq leqinslər, don-kombinasiyalar və ümumiyyətlə, könül istəyən nə varsa geyim üçün yaşıl işıq hesab edəcək.
Müəllif: Yekaterina Dmitriyeva