Hamısını məhkəməyə verəcəyəm – Məhərrəm İncə

Hamısını məhkəməyə verəcəyəm – Məhərrəm İncə

Türkiyədə seçkiyə 3 gün qalmış prezidentliyə namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncə Ankarada səs verib. 

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, məntəqədə ona qarşı təşkil edilən qara propaqandadan danışan İncə: “Xəbərləri səhv verirsiniz. Ortada bir terror təşkilatı var. Bir pornoqrafiya saytından götürülmüş görüntülərə montajla başımı yapışdırıblar. Amma köhnə dostlarım da daxil olmaqla bunu yayanların hamısını məhkəməyə verəcəyəm”, – deyə açıqlama verib.

 

Qeyd edək ki, Məmləkət Partiyasının sədri Məhərrəm İncə mayın 11-də partiyasının qərargahında verdiyi açıqlamada namizədliyini geri götürdüyünü açıqlamış, “Mən bunu ölkəm üçün edirəm” demişdi.

Mənbə

Share: