Hande ilə Kerem arasında gərginlik

Son zamanların ayrılmaz ikilisi hesab edilən aktrisa Hande Erçel və aktyor Kerem Bürsin arasında gərginlik yaşanıb.
Milletinsesi.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, onlar rol aldıqları “Sen çal kapımı” serialının çəkilişləri zamanı dalaşıblar. Mübahisəyə görə çəkilişlər yarımçıq qalıb və bir müddət ara verilib.

İstehsalçı şirkət onlar arasında baş verənləri gizlədərək, Erçelin səhhətində problem olduğunu söyləyib. O, boynu ağrıyan Handenin icazə aldığını bildirib.

Share: