Baş rolunu Hande Erçel ilə Kerem Bürsinin canlandırdığı ekran işi xarici ölkələrdə də izlənməyə başlayıb.
Milletinsesi.az axşam.az-a istinadən bildirir ki, ekran işi İtaliya, İspaniya, Brazilya, Argentinada da böyük marağa səbəb olub. Serial “Twitter”də də trend siyahısındadır.
H.Erçel ilə K.Bürsin fotolarını paylaşaraq izləyicilərinə təşəkkürünü bildirib.