“Hansı danışıqlardan söhbət gedir? Müharibəni uduzursunuz, uduzun da!..”

“Hansı danışıqlardan söhbət gedir? Müharibəni uduzursunuz, uduzun da!..”

“Hansı danışıqlardan söhbət gedir? Müharibəni uduzursunuz! Ukrayna özünün həlledici qərarını verib” – Podolyak

 

“Biz tezliklə danışıqlar istəyirik, çünki qorxuruq, o qədər qorxuruq ki, amma sizi təhqir etməkdə davam edirik…”

 

“Rusiya danışıqlar deyəndə atəşin dayandırılmasını nəzərdə tutur, çünki ona sülh deyil, operativ fasilə lazımdır…”

 

“Putin baş verən proseslərə qeyri-adekvat münasibət sərgiləyir…”

 

 

Onlar uduzur və yenə də Ukraynanı təhqir etməkdə davam edir. Yəni siz isterik halda deyirsiniz: “Biz tezliklə danışıqlar istəyirik, çünki qorxuruq. O qədər qorxuruq ki, amma sizi təhqir etməkdə davam edirik”.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Radio NB”-yə müsahibəsində bəyan edib.

 

O, deyib ki, Ukrayna özünün həlledici qərarını verib, bu da bütün ərazisinin işğaldan azad edilməsidir.

 

Rusiya danışıqlar deyəndə atəşin dayandırılmasını nəzərdə tutur, amma qoşunlarının çıxarılmasından danışmır, çünki Rusiyaya sülh deyil, operativ fasilə lazımdır, o, vurğulayıb.

 

“Elə bu gün Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isterik halda deyib: “Gəlin, tezliklə danışıqlar prosesinə başlayaq, çünki biz hətta bununla bağlı heç bir şərt irəli sürməyəcəyik”.

 

Onlar heç bir şərt irəli sürmək istəmirlər, amma bu zaman elə həmin Ryabkov deyir ki, orada hansısa kuratorlar Ukraynaya heç nə etməyə imkan vermir. Onlar uduzur, amma yenə də Ukraynanı təhqir etməkdə davam edir.

 

Yəni  siz isterik halda deyirsiniz: “Biz tezliklə danışıqlar istəyirik, çünki qorxuruq. Biz anlayırıq ki, cənubda baş verənlər biz “Rusiya burada əbədi olacaq” yazdığımız bütün işğal edilən ərzilərdə də baş verəcək. Biz o qədər qorxuruq ki, amma yenə də sizi təhqir etməkdə davam edirik.

 

Biz sizin infrastrukturunuzu atəşlərə məruz qoymaqda davam edirik, lakin, gəlin, danışıqlar masası arxasında əyləşək və atəşin dayandırılması barəsində razılığa gələk”. Onlar hətta bu gün də yalnız atəşin dayandırılmasından danışır”, – Podolyak deyib.

 

Rusiya prezidenti Vladimir Putin baş verənləri qeyri-adekvat qəbul edir və proseslərə qeyri-adekvat münasibət sərgiləyir, müşavir bəyan edib.

 

Podolyakın fikrincə, buna sübut olaraq Ukraynanın işğal edilən ərazilərində saxta referendumların hazırlanması və keçirilməsidir. Rusiyanın bu qərarı danışıqlara aparan yolun bağlanması olub.

 

“Bizim bütün tərəfdaşlarımız vaxtaşırı deyir: əsas məsələ gərginliyə, müharibəyə yol verilməməsidir. Amma hamı bilməlidir ki, Putin müharibənin özünü gərginləşdirmir, çünki bu müharibə kütləvi qırğın silahı istisna olmaqla, ən son formalarda aparılır.

O, bu müharibənin daxili tərkib hissəsini gərginləşdirir. O, daima tamamilə əsassız olaraq stavkaları qaldırır, beləliklə, Rusiya üçün çıxılmazlıq yaradır.

 

Yəni bu gün Rusiya danışıqlar prosesi haqqında danışır. Amma necə? Hansı danışıqlardan söhbət gedir? Siz gəlib özünüzə nəsə götürmüsünüz, müharibəni uduzursunuz, uduzun da! De-fakto siz işğal edilən ərazilərdə, hətta 2014-cü ildə ələ keçirdiyiniz ərazilərdə proseslərə nəzarət etmisniz. De-fakto orada güclü müharibə gedir, Ukrayna buna müəyyən resurs yatırır. Və Ukrayna özünün həlledici qərarını verib, biz bunları sizə saxlaya bilmərik, çünki siz bundan sonra da bununla alver edəcəksiniz, sonra yenidən uydurulmuş bəhanə ilə Ukrayna ərazisinə dönəcəksiniz. Bizim üçün bu, sərfəli deyil”, – o, əlavə edib.

Mənbə

Share: