Mərkəzi Seçki Komissiyası (MSK) 2022-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların ilkin siyahısını dərc edib.
Modern.az-ın məlumatına görə, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış partiyalardan 37-si illik maliyyə hesabatını təqdim edib.
2022-ci il üzrə maliyyə hesabatını təqdim edən partiyalar bunlardır:
- Yeni Azərbaycan Partiyası
- Müstəqil Xalq Partiyası
- Azərbaycan Təkamül Partiyası
- “Milli Vəhdət” Partiyası
- Vətəndaş Həmrəyliyi Partiyası
- Demokratik İslahatlar Partiyası
- Azərbaycan Demokratik Maarifçilik Partiyası
- Böyük Quruluş Partiyası
- Cümhuriyyət Xalq Partiyası
- Klassik Xalq Cəbhəsi Partiyası
- “Ana Vətən” Partiyası
- Azərbaycan Liberal Demokrat Partiyası
- Azərbaycan Xalq Partiyası
- “Qorqud” Partiyası
- “Ədalət” Partiyası
- Müsavat Partiyası
- Milli Cəbhə Partiyası
- Vətəndaş və İnkişaf Partiyası
- “Yeni Yol” Partiyası
- Milli Dirçəliş Hərəkatı Partiyası
- Yeni Zaman Partiyası
- Müasir Musavat Partiyası
- Milli Həmrəylik Partiyası
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
- Azərbaycan Milli İstiqlal Partiyası
- “Birlik” Partiyası
- Azərbaycan Demokrat Partiyası
- Azərbaycan Ümid Partiyası
- Ağ Partiyası
- Azad Vətən Partiyası
- Vəhdət Partiyası
- Böyük Azərbaycan Partiyası
- Azərbaycan Sosial Demokrat Partiyası
- Azərbaycan Sosial Rifah Partiyası
- Respublikaçı Alternativ (REAL) Partiyası
- Azərbaycan Xalq Cəbhəsi Partiyası
- Vətəndaş Birliyi Partiyası
Qeyd edək ki, Azərbaycanda dövlət qeydiyyatına alınmış 59 siyasi partiyadan 6-si bu il fəaliyyətini dayandırmaq qərarına gəlib. Hazırda faktiki olarq, 53 partiya fəaliyyət göstərir ki, onlardan 37-si bu günədək MSK-ya maliyyə hesabatı verib.
Onu da bildirək ki, siyasi partiyalar qanunvericiliyə uyğun olaraq, yanvarın 1-dən aprelin 1-dək MSK-ya hesabat verməlidirlər.