Haqset Ukraynaya silah tədarükünü Trampdan gizli dayandırıb

Haqset Ukraynaya silah tədarükünü Trampdan gizli dayandırıb

Pentaqonun rəhbəri Pit Heqset ABŞ Prezidenti Donald Trampın administrasiyasına Ukraynaya silah tədarükünü dayandırmaq qərarı barədə əvvəlcədən məlumat verməyib.

Milletinsesi.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu hərəkət ABŞ administrasiyasında təlaşa səbəb olub:

“Hakimiyyət bu dayandırmanın niyə tətbiq edildiyini anlamağa, bunu Konqresə və Ukrayna hökumətinə izah etməyə çalışıb. Nazirlər kabineti ilə görüşdə Tramp bu addıma görə məsuliyyət daşımadığını bildirib. Silah çatdırılmasında fasiləyə kimin icazə verdiyi sualına Tramp belə cavab verib: “Bilmirəm, niyə mənə deməmisiniz?”.

Share: