Harri Kasparovun növbəti riyakarlığı və şərəfsizliyi

Harri Kasparovun tanınmış ukraynalı jurnalist Dmitri Qordona verdiyi müsahibə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Növbəti dəfə öz nankorluğunu, riyakarlığını, ikiüzlüyünü və “erməni qarışığı” mahiyyətini ortaya qoyan Kasparov yenə Azərbaycanın əleyhinə ittihamlar, şər-böhtan səsləndirib.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev özünün “Facebook” səhifəsində yazıb.

 

O bildirib ki, ukraynalı jurnalist bu müsahibə zamanı hər nə qədər Azərbaycanı dəstəkləyən obyektiv mesajlar versə də, Kasparov hər dəfə söhbəti neqativ istiqamətə yönəldərək, xalq və dövlət olaraq, Azərbaycanın əleyhinə danışıb.

 

“Məsələn, Kasparov Bakının artıq onun doğulduğu şəhər olmadığını deyib. Deyib ki, Bakı həm də orada yaşayan insanlar demək idi və hazırda Bakıda başqa insanlar məskunlaşıb. Ona görə də şəhər onun üçün doğmalığını itirib. Yəni, Bakıda onun arzuladığı qədər erməni yaşamırsa, deməli bu şəhər onun üçün vətən deyil. Elə bunun özü adamın nə qədər satqın, riyakar, mənəviyyatsız biri olduğundan, əslində Bakının onun üçün heç vaxt vətən olmadığından xəbər verir.” 

 

Kasparov “Memuar”ında yazır ki, onun cəmi 7 yaşı olanda atası Kim Moiseyeviç Vaynşteyn vəfat edib. Yəni uşaq yaşlarından erməni anası Klara Şaqenovna Kasparovanın təsiri altında olub. Bu nankora yəhudi atasının təsiri az olub. 

 

Əfsanəvi şahmatçı, şahmat üzrə 12-ci Dünya çempionu Anatoli Karpov müsahibələrinin birində onun nankorluğunu belə təsvir edib:  

 

“Ona Azərbaycandan edilən köməyi heç kim təmin edə bilmədi. Kasparov mənimlə dünya çempionu adı uğrunda mübarizə aparanda həmişə Moskvada münasibətləri ayırd etməyə çalışırdı. Guya Karpovun yaxşı maliyyələşməsi var, onda isə başqa. O, həmişə Azərbaycanı bir kənara çəkib. Mən isə deyirdim ki, gəlin ölkənin nə verdiyinə baxaq. Mənim Moskvadan başqa bir şeyim yoxdur, Kasparovun arxasında isə bütün Azərbaycan dayanır. Mənim fikrimcə, o, Azərbaycandan mənim bütün ömrüm boyu əldə etmədiyimi aldı. Kasparova şərait yaradılırdı, imkanları hədsiz idi. Zaqulbada istənilən sayda toplanış onun sahib olduqlarının minimal bir hissəsi idi. Bütün bunlardan sonra necə nankor ola bilərsən?! Bu, düzgün deyil! Onun arxasında respublika dayanmışdı.”

 

Qanda erməni qanı varsa, nankorluq və alçaqlıq mütləq nə zamansa özünü göstərməlidir.

 

Azərbaycanda zaman-zaman müxtəlif millətlərdən alimlər, idmançılar və sənətkarlar yetişib. Lakin bəşər tarixi bundan nanəcibini görməyib. Onun Bakını artıq öz vətəni hesab etməməsi kifayət qədər sevindiricidir. Bakı zatən belə satqın və nankorların vətəni olmamalıdır”, – Etibar Əliyev qeyd edib.

Mənbə

Share: