Harriyə uşaq vaxtı Uilyamdan az yemək verilib

Harriyə uşaq vaxtı Uilyamdan az yemək verilib

Şahzadə Harrinin qalmaqallı memuarında qardaşı Uilyamla nahamar münasibətlərindən yazmasından sonra məsələ gündəmdədir.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Böyük Britaniyanın kral sarayındakı mənbə şahzadələr arasındakı ədavətin kökləri barədə gümanını bölüşüb.

 

O qeyd edib ki, uşaq olarkən dayə hər zaman Harriyə Uilyamdan daha az yemək verirmiş.

 

“Mən indi keçmişə nəzər salanda bəzi şeyləri xatırlayıram. Məsələn, yadıma gəlir ki, günlərin birində səhər yeməyi zamanı dayə Uilyama 3 sosis versə də, Harriyə cəmi 2 sosis yedizdirdi. Harri bunun səbəbini soruşub narazılıq edəndə dayə ona qardaşının daha çox yeməli olduğunu demişdi. Dayə “çünki o kral olacaq və buna görə də o daha çox yeməlidir” cavabını vermişdi”, – deyə mənbə bildirib.

 

Onun sözlərinə görə, Harrinin Uilyama qarşı pis münasibəti belə şeylərdən qaynaqlanır.

Mənbə

Share: