Bu ilin yanvar ayına olan məlumatlara görə hasil edilmiş 2.7 milyon ton neftin 2.1 milyon tonu, yəni 77.7%-i ixrac edilib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında məlumat yayıb.
Nazir qeyd edib ki, yanvarda 4% artımla hasil edilmiş 4.2 milyard metrkub qazın 2.2 milyardı ixrac olunub.