Hava kəskin pisləşir: qar yağacaq, şaxta olacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23- 28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dak güclənəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az verilən məlumata görə, dekabrın 20-də hava arabir yağıntılı olacaq.

 

Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.

 

Azərbaycanın rayonlarında dekabrın 19-dan 20-na keçən gecə şimal və dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq ve dağətəyi rayonlarda qar yağacağı, qərb rayonlarından başlayaraq 21-i gündüzədək ölkə arazisində hava şəraitinin qısa müddətə kəskin intensivləşəcəyi gözlənilir.

Havanın temperaturu: dağlıq və dağətəyi rayonlarda geca 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı, aran rayonlarında ise gece saatlarında 0″-yǝ yaxınlaşacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.

Mənbə


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: