Bir neçə gündür ki, ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti iyulun 2-si gündüz saatlarına qədər davam edəcək.
Bu sözləri Milletinsesi.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, sabahdan etibarən hava şəraiti nisbətən mülayimləşəcək:
“İyulun 2-si günorta saatlarından havanın mülayimləşməsi və yağmursuz keçməsi gözlənilir. Havanın temperaturu tədricən yüksələcək”.