Ağacəkmə aksiyası hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, nazirlik tərəfindən martın 3-də Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində nəzərdə tutulan yaz ağacəkmə aksiyası hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Hava şəraitindən asılı olaraq ağacəkmə aksiyasının vaxtı barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu il yaz ağac əkininə “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul!” devizi altında start verib.