Hazard “Çelsi”nin qarşısına şərt qoydu

“Çelsi”nin futbolçusu Eden Hazard klubunun qarşısına şərt qoyub.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 28 yaşlı oyunçu iyunun 4-ə kimi “Real”a keçidinin tamamlanmasını istəyib.

E.Hazardın Avroliqanın finalında Bakıda mayın 29-u keçiriləcək “Arsenal”la oyunun London təmsilçisindəki son görüşü olacağı gözlənilir.

Qeyd edək ki, “Real”ın “Çelsi” ilə belçikalı oyunçu üçün danışıqları dayandırdığı iddia olunur. Buna İngiltərə təmsilçisinin Hazarda görə 130 milyon funt sterlinq tələb etməyinin səbəb olduğu bildirilir.

Share: