Hazırda AMEA-nın nizamnaməsi hazırlanır – NAZİR

“Elm və Təhsil Nazirliyi ilə bağlı qərar təhsil sahəsində aparılan dərin islahatdır. Bu, AMEA-nın ləğvi deyil”.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

 

Nazirin sözlərinə görə, hazırda hər iki qurum öz nizamnamələrini hazırlayır: “Növbəti aylar ərzində yeni yaradılan dövlət agentlikləri ilə bağlı ətraflı məlumatlar vermək mümkün olacaq”.

Mənbə

Share: