“Heç bir ölkənin İranın ərazi xəritəsini və sərhədlərini dəyişməyə haqqı yoxdur”.
Musavat.com “Defa Press” saytına istinadən xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Hüseyn Nuşabadi Ermənistanın Qafan şəhərində İranın ilk baş konsulluğunun açılmasına toxunaraq, dolayısı ilə Azərbaycanın ünvanına hədə yağdırıb: “Bu baş konsulluq ona görə yaradılıb ki, hamı bilsin ki, heç bir ölkənin İranın ərazi xəritəsini və sərhədlərini dəyişmək və İran sərhədlərini işğal etmək hüququ yoxdur”.
Deputat daha sonra bildirib ki, İran geosiyasi və coğrafi dəyişiklikləri məqbul hesab etmir və biz ölkəmizin ərazi xəritəsini pozmaq istəyən istənilən ölkənin əleyhinəyik: “Ölkəmizin sərhədləri, qonşuları aydındır və mövcud quruluşu pozmaq, sərhədləri dəyişmək məqsədəuyğun deyil.”